"Qarabağ" konqolu hücumçu ilə 3 illik müqavilə imzaladı

“Qarabağ” konqolu hücumçu ilə 3 illik müqavilə imzaladı
Want create site? Find Free WordPress Themes and plugins.

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu daha bir futbolçunu heyətinə qatıb.

A24.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi konqolu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalayıb.

Qeyd edək ki, Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), “Admira” (Avstriya) və “Osmanlıspor” (Türkiyə) komandalarında oynayıb. 28 yaşlı forvard son olaraq Türkiyə təmsilçisi “Bursaspor”da çıxış edib. Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar