A24 Xeber

Qarabağ” “Neftçi”yə liderlikdə şərik oldu

Qarabağ” “Neftçi”yə liderlikdə şərik oldu
33
15 Sentyabr 2018 - 0:21

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

A24.Az xəbər verir ki, turun açılış matçında “Qarabağ” Suraxanı qəsəbəsində “Sumqayıt”ı qonaq edib.

“Azərsun Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisi 21-ci dəqiqədə xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin penaltidən vurduğu qolla oyunda qalib gəlib.

Bu qələbədən sonra “Qarabağ” xalını yeddiyə çatdırıb və lider “Neftçi”yə turnir cədvəlində şərik olub.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Sabah “Səbail” “Zirə”ni qəbul edəcək. Ertəsi gün isə “Sabah” – “Qəbələ” və “Neftçi” – “Keşlə” oyunları keçiriləcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00