"Qarabağ" növbəti dəfə Avroliqanın qrup mərhələsində - VİDEO

“Qarabağ” növbəti dəfə Avroliqanın qrup mərhələsində – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün UEFA Avropa Liqasının pley-off çərçivəsində “Qarabağ” Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib.

A24.Az-ın məlumatına görə, ilk görüşdə minimal hesabla məğlub olan Ağdam təmsilçisi oyuna çox fəal başlayıb. Artıq 9-cu dəqiqədə Maksim Medvedevin zərbəsi dəqiq olub. “Qarabağ”ın təhlükəli hücumlarının məntiqi nəticəsi kimi 41-ci dəqiqədə fərq artıb: Donald Gerye baş zərbəsi ilə moldovalıları məyus edib – 2:0. İlk hissə bu hesabla başa çatıb.

Oyunun 55-ci dəqiqəsində F.Ozobiç fərqlənib – 3:0.

Oyun 3:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq.

Xatırladaq ki, ötən mövsüm isə “Qarabağ” Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bundan əvvəl isə ardıcıl 3 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar