“Qarabağ” ölkə çempionu oldu

“Qarabağ” ölkə çempionu oldu
Want create site? Find Free WordPress Themes and plugins.

“Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

Ağdam təmsilçisi buna XXIV turda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etməklə nail olub.

Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da “Qarabağ” mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan “Qəbələ” üçün əlçatmaz olub.

Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.

Eyni saatda start götürən “Neftçi” – “Qəbələ” görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən “ağ-qaralar” xallarını 37-yə çatdırıblar və “Zirə”ni keçərək, 4-cü pilləyə yüksəliblər.

İlk oyun günündə “Keşlə” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Bu gün baş tutmuş “Səbail” – “Kəpəz” qarşılaşmasında isə qalib müəyyənləşməyib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar