Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək - FOTOLAR

Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.
Bir müddət öncə sosial şəbəkələrdə türk əsgərinə dəstək videosu ilə gündəmə gələn Qarabağ qazisi Kamil MusəviTürkiyənin Gelibolu yarımadasında şəhid məzarlarını ziyarət edib.
A24.Az xəbər verir ki,  2016-cı ilin aprelində Qarabağda gedən döyüşlər zamanı gözünü və ayağını itirən qazimiz şəhid məzarlarının başında dua edərək Afrindəki mehmetciklərə dəstək olduğunu göstərib.
Daha sonra jurnalistlərə açıqlama verən qəhrəman zabitimiz Afrin əməliyyatı zamanı türk ordusunun və xalqının nə qədər güclü olduğunun bir daha şahidi olduğunu bildirib:
“Mən türk əsgərlərinin vətənini nə qədər çox sevdiyinin şahidi oldum. Türk xalqı yenilməzdir, onu heç kim işğal edə bilməz. Buraları, şəhidləri ziyarət etdiyim zaman bunu anladım. Türk əsgərləri Afrində terrorçulara qarşı vuruşur. Qardaşlarımız orada terrorçuların kökünü kəsmək üçün savaşır”.
Çanaqqala şəhidlərini ziyarət etməyi özünə borc bildiyini deyən qazimiz qürur hissi keçirdiyini söyləyib:
“Türk əsgəri bu məmləkətə zərər verən, torpaqlarına soxulmaq istəyən, insanlarını məhv etməyə çalışan terrorçuları sağlam buraxmasın. Hamısını məhv etsinlər. Ölümdən qorxmasınlar. Onsuz da qorxmurlar. Bu şəhid məzarlarının hamısı bunun bariz nümunəsidir. Bu məzarlar türk əsgərinin mərdliyi, müharibəyə ölümünə getdiyinin sübutudur. Mən qardaşlarımın oradan qələbə ilə dönməsini arzulayıram. Məni Afrinə bu gün çağırsalar, müharibəyə gedərəm”
Qaynarinfo
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar