“Qarabağ” Ramil Şeydayevlə yollarını ayırır

“Qarabağ” Ramil Şeydayevlə yollarını ayırır
Want create site? Find Free WordPress Themes and plugins.
Bu mövsümün sonu “Qarabağ”dan göndəriləcək bir futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.
A24.Az  qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırmaq niyyətindədir. Buna səbəb gənc futbolçunun baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayaraq əsas heyətə düşə bilməməsidir.
Qeyd edək ki, Şeydayev “Qarabağ”a ötən ilin yayında transfer olunsa da, indiyədək bu komandada ümidləri doğrultmayıb. Onun Ağdam klubundan ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıdacağı gözlənilir.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar