Qarabağda rusiyalı və azərbaycanlı deputatların iştirakı ilə beynəlxalq konfrans keçirilir

Qarabağda rusiyalı və azərbaycanlı deputatların iştirakı ilə beynəlxalq konfrans keçirilir
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda səfərdə olan Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı konfrans keçirilir.

“A24.az” APA-ya istinadən xəbər verir ki, konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.

Tədbirdə Rusiya tərəfdən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov,  Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa iştirak edirlər.

Konfransda çıxış edən Ə. Hüseynli konfransın keçirildiyi Cocuq Mərcanlı kəndinin iki il əvvəl Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə Ermənistanın işğalından azad olunmasını xatırladıb, işğaldan sonra dövlət başçısının xüsusi diqqəti ilə burada aparılan köklü yenidənqurma işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. İlk dəfə Moskvada keçirilən konfransın növbəti dəfə Azərbaycanda, məhz bu kənddə keçirildiyini qeyd edən Ə. Hüseynli bildirib ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq, ölkələr arası qardaşlıq xətti üzrə inkişaf edir və bu tədbirlər də onun nümunəsidir.

Daha sonra çıxış edən A.Duqin konfransın əhəmiyyətindən, regionda gedən proseslərə ciddi təsirindən danışıb.

Konfrans davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar