A24 Xeber

“Qarabağ”ın Çepionlar Liqasında potensial rəqibləri – SİYAHI

“Qarabağ”ın Çepionlar Liqasında potensial rəqibləri – SİYAHI
24
28 May 2018 - 13:07
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. 
A24.Az xəbər verir ki, iyunun 19-da keçiriləcək püşkatma zamanı “səpələnmişlər” səbətində yer alacaq Azərbaycan çempionunun rəqibi “səpələnməmişlər” səbətindən olacaq.
“Qarabağ”ın potensial rəqiblərinin sayı 16 olacaq. İlkin mərhələdə “Linkoln” (Cəbəllütariq), “Santa-Koloma” (Andorra), “La Florita” (San Marino) və “Drita” (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək.
UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermədiyindən, “Qarabağ”a “Alaşkert” istisna olmaqla, “səpələnməmişlər” səbətindəki istənilən komanda rəqib ola bilər.
“Şkendiya” (Makedoniya), “Olimpiya” (Lyublyana, Sloveniya), “Düdelanj” (Lüksemburq), “Spartak” (Trnava, Slovakiya), “Valletta” (Malta), “Vikinqur” (Farer adaları), “Kruzayders” (Şimali İrlandiya), “Alaşkert” (Ermənistan), “Sutyeska” (Monteneqro), “Suduva” (Litva), “Kork Siti” (İrlandiya), “Spartak” (Yurmala, Latviya), “Valür” (İslandiya), “Flora” (Estoniya), “Torpedo” (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi.
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.
(Fanat.az)
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00