"Qarabağ"ın futbolçuları cəbhəyə yollandı - FOTOLAR

“Qarabağ”ın futbolçuları cəbhəyə yollandı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

“Qarabağ” klubunun futbolçuları İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyev Ağdamda cəbhə bölgəsinə olub.

“A24.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə komanda üzvlərini N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb.

Həsənov futbolçularla söhbətində daim “Qarabağ”ın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib. Futbolçular da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər.

Hərbi hissə komandirinə “Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şərf və top hədiyyə olunub.

Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar. Daha sonra komanda üzvləri əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstəriblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar