Qarabağın həllində Türkiyənin üz-üzə qaldığı hegemon ÖLKƏ - Türk siyasətçidən açıqlama - VİDEO

Qarabağın həllində Türkiyənin üz-üzə qaldığı hegemon ÖLKƏ – Türk siyasətçidən açıqlama – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə yayımlanan verilişdə politoloqun Qarabağ problemi və arxasında duran başlıca qüvvələr haqda dedikləri diqqət çəkib.

“A24.az” xəbər verir ki, bu barədə yazar və politoloq Mehmet Koçak “Akit” TV-nin “Usta Analiz” verilişdə deyib.

Mehmet Koçak bildirib ki, əslində Qarabağ problemi təkcə Türkiyə və Azərbaycanın həll edə biləcəyi problem deyil. Problemin arxasında 3 əsas ölkə dayanır:

“Yenə Amerika “erməni soyqırımı” mövzusunun mərkəzində özünün olduğunu söylədi. Qarabağ ermənilərin işğalı altındadır. Həmçinin Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. BMT-nin başqa bir ölkəni işğal etməyin və torpaqlarını illərlə işğal altında tutmağın bir cinayət olması haqda qərarlarının olmasına baxmayaraq, hələ də bu işğal davam edir. Bunun da arxasında Amerika vardır. Minsk qrupu var. Qarabağ probleminin həlli üçün yaradılan Minsk qrupu içərisində Rusiya, Fransa və Amerika var. Burda da Amerika ilə qarşı-qarşıyayıq. Nə Türkiyə, nə də Azərbaycanın lehinə alınmış qərar yoxdur”.

“A24.az” Türkiyə mediasında yayımlnana videogörüntünü təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar