“Qarabağ”ın qazancı açıqlandı

“Qarabağ”ın qazancı açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə birgə E qrupunda çıxış edəcək “Qarabağ” qrup mərhələsinə keçirdiyi oyunlardan isə 3,76 milyon avro qazanc götürüb.

“A24.Az” xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasında I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro).

Avropa Liqasının pley-off mərhələsində “Şerif” səddini aşdığı üçün isə əlavə 2,62 milyon avro əldə edilib.

Qrupda qələbə üçün – 570 min avro

Heç-heçə üçün – 190 min avro

Qrupun qalibi üçün – 1 milyon avro

Qrup ikincisi üçün – 500 min avro

1/16 finalda iştirak üçün – 500 min avro

1/8 finalda iştirak üçün – 1,1 milyon avro

1/4 finalda iştirak üçün – 1,5 milyon avro

1/2 finalda iştirak üçün – 2,4 milyon avro

Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar