A24 Xeber

Sosial mediada Qarabağın dron ilə çəkilmiş yeni görüntüləri yayılıb.

“A24.az” xəbər verir ki, görüntülərdə Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərin yaşadığı, turistlərin isə ziyarət etdiyi əksini tapıb.

Görüntülərdə ən çox diqqət çəkən və nümayiş olunan məqam isə Ermənistanın işğal etdiyi şəhərlərin hər birində kilsə və monastırların inşa edilməsidir. Xankəndi, Kəlbəcər (Gəncəsər Monastrı), Xocavənd (Amaras Monastrı), Ağdam (Şahbulaq Qalası), Şuşa (Şuşa qalası, Cıdır düzü, Çətir şəlaləsi, Qazançı kilsəsi) kimi Azərbaycanın dilbər guşələrində məskunlaşan ermənilər həmin bölgələrdən ilin bütün fəsillərində turizm məqsədiylə də istifadə edir. Hətta Azərbaycan torpaqlarında erməni bayrağı ilə bəzədilmiş stadionlar da tikilib. Gələn turist axını isə heç də az deyil.

Qeyd edək ki, təqdim edilən görüntülər müxtəlif turizm şirkətləri tərəfindən çəkilib.

“A24.az” Qarabağın görüntülərini təqdim edir:

Sosial mediada Qarabağın dron ilə çəkilmiş yeni görüntüləri yayılıb. “A24.az” xəbər verir ki, görüntülərdə Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərin yaşadığı, turistlərin isə ziyarət etdiyi əksini tapıb. Görüntülərdə ən çox diqqət çəkən və nümayiş olunan məqam isə Ermənistanın işğal etdiyi şəhərlərin hər birində kilsə və monastırların inşa edilməsidir. Xankəndi, Kəlbəcər (Gəncəsər Monastrı), Xocavənd (Amaras Monastrı), […]

Qarabağın yeni görüntüləri – Ermənilər şəhərlərin hər birində kilsə və monastrlar tikib – VİDEO

118