A24 Xeber

Qaradağda məktəb yandı: 560 nəfər təxliyə edildi

Qaradağda məktəb yandı: 560 nəfər təxliyə edildi
55
10 May 2018 - 16:10

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda orta məktəbdə yanğın baş verməsi barədə məlumat yayıb.

A24.Az-ın xəbərinə görə, məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.

Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

 Məktəbin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
A24.Az 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00