Qardaş ölkə pedofilləri kimyəvi üsulla axtalayacaq

Qardaş ölkə pedofilləri kimyəvi üsulla axtalayacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə kimyəvi yolla axtalama üsulundan istifadə ediləcək.

A24.az xəbər verir ki, Ədliyyə naziri Abdulhəmid Gül uşaqlara qarşı olan təcavüz hallarını azaltmaq üçün  kimyəvi yolla axtalama üsulundan istifadə ediləcəyini bildirb.

Uşaqlara qarşı cinsi istismarla əlaqədar TBMM-jurnalistlərinə açıqlaması zamanı Ədaliyyə naziri Abdulhəmid Gül, “Bu problemin bir çox həlli və bu mövzunu da prezidentlə yığıncaqda müzakirə etdik. Bununla əlaqədar Baş nazir köməkçisi Rəcəb Akdağ və digər nazirlərlə komissiya təşkil etdik” – deyib.

Bozdağ “Hökumətimiz nəzdində əlavə tədbirlər üçün 6 nazirdən ibarət komissiya yaradıldı. Hər cür əxlaqsızlığa qarşı uşaqlarımızı qorumaq hamımızın vəzifəsidir” deyə bildirib.

Kimyəvi axtalama üsulunda müxtəlif kimyəvi maddələrdən istifadə edərək məhbuslara müəyyən vaxtlarda dərmanlar verilir. Həblər və iynələr vasitəsilə cinsi təcavüz cinayətini törətmiş cinayətkarın testosteron hormonunu azaldır və cinsi istəkləri aradan qaldırır.

Bu üsuldan bu yaxınlarda Birləşmiş Krallıq, Polşa, Moldova, Estoniya, ABŞ, Argentina, Avstraliya, Hindistan, İsrail, Rusiya, Cənubi Koreya kimi ölkələrdə də  müxtəlif cinsi təcavüzlərə qarşı istifadə edilmişdir.

A24.az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar