A24 Xeber

Qarnından 915 qəpik çıxartdılar – FOTO

Qarnından 915 qəpik çıxartdılar – FOTO
662
07 Mart 2017 - 9:54

Tailandlı həkimlər dəniz tısbağasının mədəsindən 915 ədəd qəpik çıxarıblar.

A24.Az xəbər verir ki, paytaxt Banqkokda əməliyyat edilən “Bank” adlı dişi yaşıl dəniz tısbağası bölgə xalqının uzun zamandır içinə xırda pul atdığı hovuzda yaşayır.

Ümumi çəkisi 5 kiloqram olan  xırda pulların tısbağanın mədəsində top kimi yığıldığı və qarın qabığını yırtaraq  tısbağanın həyatını təhlükəyə atan infeksiyaya səbəb olduğu deyilir.

Tısbağa üzərində 5 cərrah 4 saat əməliyyat aparıblar. Nəticədə pulları çıxarıblar.

Bir çox tailandlının tısbağaların olduğu hovuza xırda pul atması yerli inanclara görə, ömrü uzadır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00