Qasırğa Ağdam, Bərdə və Tərtər rayonlarında ciddi fəsadlar törədib

a24.az
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gecə Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ciddi fəsadlar törədib.

“A24.az” bildirir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə yağışla müşahidə olunan güclü küləkAğdam, Bərdə və Tərtər rayonlarında ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.

Bu səbəbdən həmin  rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov APA-ya açıqlamasında bildirib ki, hələlik Çəmənli  və İmamqulubəyli kəndlərindən  tikililərə zərər dəyməsi barədə məlumat daxil olub:  “Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşınaraq, həm yolların açılmasını həm də elektrik naqillərinin bərpasını təmin edirik.”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar