Qaşlara görə xarakteri müəyyən etməyin yolu

Qaşlara görə xarakteri müəyyən etməyin yolu
Want create site? Find Free WordPress Themes and plugins.

Özünə vurğun və ən eqosentrik insanlar qalın qaşları olan insanlardır.

“A24.az” xəbər verir ki, Toronto universitetindən olan alimlər belə bir nəticəyə gəlib.Araşdırmanın nəticələri “Journal of Personality” jurnalında dərc olunub.

Tədqiqatçıların dediyinə görə, qadın və ya kişidə qalın qaş onun xarakterində narsisistik ünsürlərin olmasından xəbər verir.

Hər iki cinsdən olan könüllülər psixoloji testdə iştirak edib. Hər bir iştirakçının neytral üz cizgilərini əks etdirən fotoşəkli digər eksperiment iştirakçılarına göstərilib. Fotolar arasında ən eqosentrik iştirakçılar qalın və sıx qaşları olan şəxslər olub.

Nəzarət qrupuna həmin şəxslərin qaşsız (fotoşopda silinmiş) fotoşəkillərini göstərdikdə, iştirakçılar həmin şəxsin xarakteri barədə fikir irəli sürməkdə çətinlik çəkib. Ancaq qaşlı fotoşəkillər göstərilən zaman tam dəqiq olaraq ən özünə vurğun insanları seçə biliblər.

“Narsisistlər hər zaman diqqət mərkəzində olmağı sevir. Ətrafda olanları özünə sevdirməyə çalışır, ona görə diqqət cəlb etmək üçün qalın qaşlara qulluq edir. Onlara elə gəlir ki, ətrafdakıların da bundan xoşu gəlir”, – deyə tədqiqat qrupunun üzvü Miranda Cakomin bildirib.

Oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar