Qatar əmiri lüks şəraitli şəxsi təyyarəsini Ərdoğana hədiyyə etdi - FOTOLAR

Qatar əmiri lüks şəraitli şəxsi təyyarəsini Ərdoğana hədiyyə etdi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Qatar əmirliyinə aid olan “Boeing 747-8” tipli şəxsi təyyarə Qatar şeyxi Al Saninin hədiyyəsi olaraq Türkiyə prezidenti Ərdoğana verilib.

“A24.az” türk KİV-ə istinadən xəbər verir ki, Qatar əmirliyinə aid olan VİP təchizatlı “Beoing 747-8” tipli şəxsi təyyarə dünən İstanbul Sabiha Göçmen hava limanına enərək prezidentin təyyarələri arasında yer alıb.

VQ-BSK kimi qeydiyyata alınmış təyyarəni Qatar şeyxi Temim bin Hamed Al Saninin Türkiyə prezidenti Ərdoğana olan sevgisi və Türkiyəyə olan etibarından dolayı hədiyyə etdiyi məlum olub.

“Kokpit.aero”nun verdiyi xəbərə görə, “Boeing” tərəfindən hazırlanan özəl təyyarə ilk dəfə 2012-ci ildə fabrikin həyətində görüntülənib. O zaman “Bu təyyarə kimindir?” sualları ortaya çıxmışdı. Daha sonra şəxsi jet halına gətirilən təyyarə 2015-ci ildə Qatar əmirliyinə təslim edilib.

Şəxsi təyyarənin özəlliklərinə gəldikdə 400 nəfərlik sərnişin daşıma xüsusiyyətinə malik olan təyyarə xüsusi avadanlıqla 76 sərnişin daşıya bilir. Bundan başqa 18 nəfərlik heyət də təyyarədə xidmət göstərir. İclas otaqları, yataq otağı, tibb otağı olan təyyarənin 3 illik müddət ərzində 436 saat uçduğu, 200 dəfə yerə endiyi bildirilib.

Təyyarə satışa çıxarıldıqdan sonra bəzi ölkələr onunla maraqlanıb. 400 milyon dollara satışa çıxarılan təyyarəyə Ərdoğan da maraq göstərib. Qatar şeyxi isə Ərdoğanın təyyarəyə olan tələbini görərək onu hədiyyə edib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar