A24 Xeber

Qatara 12 milyard dollarlıq qırıcı satandan sonra ABŞ “səkkiz vurmağa” başladı

Qatara 12 milyard dollarlıq qırıcı satandan sonra ABŞ “səkkiz vurmağa” başladı
234
22 İyun 2017 - 16:18

Qatarla bağlı görüşlərində səudiyyəlilərlə yaxın olan ABŞ idarəçiləri mövqelərini dəyişdirib.

Ortaya konkret səbəb qoya bilmədilər…

ABŞ-ın Xarici İşlər Nazirliyi Körfəz bölgəsindəki ərəb ölkələrinin Qatara “iqtidasi və siyasi embarqo qoymalarına səbəb olan şikayətlərini hələ də detallı şəkildə aydınlaşdırmamaları” qarşısında çaş-baş qaldıqlarını açıqlayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert Qatar ilə qonşu ölkələr arasındakı diplomatik gərginliyin başlanğıcından bu yana Səudiyyə Ərəbistanı və BƏƏ-nin göstərdikləri reaksiya nəticəsində şübhələrinin daha da artdığını söyləyib. Nauert “ Bu mərhələdə çox bəsit bir sualla qarşı-qarşıyayıq: Atılan addımlar həqiqətən Qətərin terrorizmi dəstəklədiyi yönündəki iddiaların nəticəsi idimi, yoxsa Körfəz ölkələri arasında uzun zamandan bəri var olan problemlərləmi əlaqəli idi?” deyib.

Açıqlama Körfəz ölkələrində böyük səs-küy yaradarkən, Qatar Xarici İşlər Nazirliyi də açıqlamanı məmnuniyyətlə qarşılayıb. Qatar Xarici İşlər Nazirliyi Media Qurumunun müdiri Said ər-Rumeyhi, Nauertin sözlərindən duyulan məmnuniyyəti dilə gətirərək Qatarın beynəlxalq cəmiyyət tərəfindən tanınan, barışcıl təməllər üzərində qurulan mədəni bir dialoq yolu ilə gərginliyin həllinə dəstək verən ölkə olduğunu vurğulayıb.

Mübahisəli açıqlama…

Səudiyyə Ərəbistanı, BƏƏ və Qatar, ABŞ-ın önəmli müttəfiqləridir. Xarici İşlər Nazirliyinin açıqlaması, ABŞ prezidenti Donald Trampın Qatar qarşısında qoyduğu sərt yanaşma ilə ziddiyyət təşkil edir. Daha əvvəl ABŞ xarici işlər naziri Rex Tillerson da bənzər açıqlamalar vermiş və Trampın Qatarla bağlı açıqlamaları ilə tərs düşmüşdü. ABŞ prezidenti Tramp ötən həftə Qatarımn terrorizmi ən yüksək səviyyədə dəstəklədiyini müdafiə etmiş, xarici işlər naziri Rex Tillerson isə Qatara tətbiq olunan sanksiyaların yüngülləşdirilməsini istəmişdi.

Digər tərəfdən ABŞ xarici işlər naziri Tillerson Qatar və bəzi ərəb ölkələri arasında yaşanan gərginliklə bağlı dünən yazılı bir açıqlama verib. Tillerson açıqlamasından bu ifadələrə yer ayırıb:

“Körfəz ölkələri arasında davam edən anlaşılmazlıq Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn tərəfindən koordinasiya edilə bilən bir tələb siyahısının hazırlandığını anlayırıq. Ümid edirik ki, bu siyahı məntiqlidir, hərəklətə keçmək üçün uyğundur və qısa zaman ərzində Qatara təqdim ediləcək. Küveytin vasitəçilik səylərini də dəstəkləyir və gərginliyin həll olunmasını gözləyirik”.

Firuzə Alimova

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00