Qaxda avtomobil aşdı - Bir nəfər öldü

Qaxda avtomobil aşdı – Bir nəfər öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 98-ci kilometrliyində, rayonun Qarabaldır kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İsa Cavanşir oğlu Səfərov idarə etdiyi “Mercedes” markalı, 90-ZX-339 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobili yolun kənarına aşırıb. Qəzadan sonra avtomobildə olan sərnişin –  1994-cü il təvəllüdlü, Qax rayonunun Zərnə kənd sakini Elnarə Elmir qızı Abdurəhmanova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

qaxda avtomobil asib bir nefer olub
Sürücü isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar