Qaxda çaydan meyiti tapılan qadın bir sillənin qurbanı olub - Təfərrüatlar

Qaxda çaydan meyiti tapılan qadın bir sillənin qurbanı olub – Təfərrüatlar
Want create site? Find Free WordPress Themes and plugins.

Qaxda 4 gün əvvəl çayda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub, qatil həbs edilib.

“A24.az” bildirir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-i Qax rayonu Əlibəyli kənd inzibati ərazisində çaydan meyiti tapılan Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnar Çingiz qızı İbrahimovanı Yevlax şəhər sakini, 1969-cu il təvəllüdlü Mail Turan oğlu Məmmədovun öldürdüyü müəyyənləşib.

Mail Məmmədov Yevlax şəhər ərazisində tutularaq, istintaqa təhvil verilib.

Məlum olub ki, əvvəllər qonşu Rusiya dövləti ərazisində cinayət törətdiyi üçün məhkumluq həyatı yaşayan Mail Məmmədov mart ayının 8-i Gülnar İbrahimova ilə birlikdə Yevlax rayonu Xanabad kəndi ərazisində fəaliyyət göstərən yeməkxanalardan birində yeyib içən zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman Mail Məmmədov Gülnara bir-neçə sillə vurub. Sərxoş vəziyyətdə olan Gülnar sillənin təsirindən özünü itirib. Mail Məmmədov hadisənin izini itirmək üçün Gülnarı Qax rayonuna gətirərək Əlibəyli kənd inzibati ərazisindən axan çaya tullayıb. Gülnar İbrahimova çaya atılan zaman huşu özündə olmayıb, o, suda boğularaq ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar