Qaxda velosipeddən yıxılan gənc xəsarət alıb

Qaxda velosipeddən yıxılan gənc xəsarət alıb
Want create site? Find Free WordPress Themes and plugins.

 Qaxda velosipeddən yıxılan gənc oğlan xəsarət alıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.

Qax sakini, 1997-ci il təvəllüdlü Abdurrəhim Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi velosipeddə yaranan nasazlıq nəticəsində idarəetməni itirərək velosipedi yol kənarına çırpıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 21 yaşlı gənc Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş nahiyəsindən xəsarət alan A.Məhəmmədova ilkin yardım göstərilib. Onun başına tikiş qoyulub və cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-sabitdir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar