Qaxda yol qəzası: yaralılar var

Qaxda yol qəzası: yaralılar var
Want create site? Find Free WordPress Themes and plugins.

Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qorağan-Qax avtomobil yolunun 13-cü kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax rayon Zəyəm kənd sakini 1956-cı il təvəllüdlü Cuma Abdulhəmid oğlu Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon sakini Borixaşvili Qriqor Yordanoviçin sükanı arxasında olduğu “Opel” markalı avtomobil toqquşub.

Hadisə zamanı “Opel”in sürücüsü xəsarət almasa da, “Mercedes”in sürücüsü C.Eyvazov və sərnişinləri – Tasmalı kənd sakinləri – 1939-cu il təvəllüdlü Cavid Paşa oğlu Rəşidov və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Rübənd Abdulhəd qızı Rəşidova aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, hər üç yaralıya ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar