“Qayınanamı söydü, bıçaqlayıb öldürdüm” - Bacanağını öldürən Emin

“Qayınanamı söydü, bıçaqlayıb öldürdüm” – Bacanağını öldürən Emin
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını söyən bacanağını öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Emin Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

A24.Az-ın verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı il iyul ayında Quba rayonunun Nügədi Qazmalar kəndində baş verib. E.Nəsirov bacanağı, 29 yaşlı Nemət Xəlilovu bıçaqlayaraq öldürüb. Qətlin səbəbi N.Xəlilovun E.Nəsirovun arvadı Günəş Mürsəliyeva ilə telefon danışığı zaman onun anası Xatirəni söyməsi olub.

Emin məhkəmədə deyib ki, bacanağını bu söyüşə görə öldürüb: “Telefonda yoldaşıma zəng edib təhqiramiz ifadələr işlətdi. Durdum getdim onunla söhbət edəm. Nemət söhbətə arvadı ilə gəldi. Dedim ki, nə söyüş söyürsən?! O da “istəyirsən üzünə də söyüm”dedi. Mən də bıçaqladım”.//Qafqazinfo.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar