A24 Xeber

Qaynadılmış yumurtanın suyunu atmayın – 4 işinizə faydalıdır

Qaynadılmış yumurtanın suyunu atmayın – 4 işinizə faydalıdır
750
26 İyun 2017 - 16:57

Araşdırmalar təkcə tumurtanın deyil, qabığının və qaynadılmış suyunun da bir çox şeyə faydalı olduğunu göstərir.

“A24.az”ın məlumatına görə, protein qaynağı olan yumurtanı qaynatdığımız suyun içərisində kalsiumun olduğu deyilir. Ona görə də qaynadılan yumurtanın suyunun sümük əriməsi və sümük ağrısı kimi xəstəliklərə yaxşı təsir edir.

Yumurta suyunun içərisində olan kalsium bitkilər üçün də olduqca faydalıdır. Sadə suyun yerinə güllərə tökdüyünüz qaynadılmış yumurtanın suyu dibçək güllərinizi canlandırmağa və bəsləməyə kifayət edəcək.

Qaynatdığınız yumurta suyunu saçlarınıza tökün. Bol miqdarda protein tərkibli yumurta suda qaynadıldığı zaman protein dağılır və bu da saçlarınızın olduqca canlı görünməsinə kömək olacaq. Xüsusilə də yumurta suyu quru saçlar üçün dərmandır.

Qazan və çaydanlarınızdakı daşları yox edə bilmək üçün qaynadılmış yumurta suyundan istifadə edə bilərsiniz. Qabın içərisinə yumurta qabıqlarını qoyub qaynadın. İçərisinə bir az da sirkə tökün. Qabın içərisindən kirəcin necə təmizləndiyini gözlərinizlə görəcəksiniz.

Firuzə Alimova

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00