A24 Xeber

Qazaxda top mərmisi aşkarlandı

Qazaxda top mərmisi aşkarlandı
32
04 May 2018 - 5:53

Mayın 3-də saat 13:28-də ANAMA-ya Qazax rayonu, İkinci Şıxlı kəndində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

A24.Az ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Qazax rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 76 mm-lik top mərmisi (Ş-354) Agentliyin mütəxəssisləri tərəfindən aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00