Qazaxıstan latın əlifbasına keçir – Qərarın icrasına xərclənəcək vəsait göz qamaşdırdı

Qazaxıstan latın əlifbasına keçir – Qərarın icrasına xərclənəcək vəsait göz qamaşdırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Qazaxıstan 2025-ci ilə qədər tədricən Kiril əlifbasından latın əlifbasına keçəcək. Bu keçidin ölkə üçün başa gələcək maddi xərci də açıqlanıb.

“A24.az” xəbər verir ki, bu dəyişikliyin ölkədə Latın əlifbası ilə Qərb ölkələri arasındakı əlaqələri gücləndirməyə kömək edəcəyi düşünülür.

BBC-də yer alan xəbərə görə, məsələ ilə bağlı dövlətin xəzinədən istifadə edəcəyi büdcənin miqdarı ölkə parlamentində müzakirə edilməyə başlanılıb.

2016-ci ilin hesabatına görə, Qazaxıstanda əhalinin üçdə ikisindən çoxu qazaxlardan ibarətdir. Əhalinin 20 faizi isə ruslardır. Sovet dövründə qazaxların təqribən hamısı rus dilində danışa bilirdi. Bu gün isə 18 milyondan çox əhalisi olan Qazaxıstan xalqının 94 faizi rus dilində danışır. Xalqın 74 faizi isə qazax dilində danışmaq və yaza bilmək bacarığına sahibdir.

Ölkə mediasında yayımlanan xəbərə görə, hökumət 3 mərhələli 7 illik dəyişim üçün təqribən 218 milyard təngə (664 milyon dollar) maddi vəsait ayırıb. Bu məbləğin 90 faizi təhsilə, dərslik və kitabların çapına xərclənəcək.

Məlumata görə, tədris planı və dərs kitablarının Latın əlifbasına keçirilməsi ilə bağlı işlərə bu il ərzində başlanması gözlənilir. Müəllimlər və məktəbəqədər tədris qurumlarında bu il Latın əlifbasına keçidlə bağlı probramlar təqdim ediləcək. 2020-ci ildən artıq 1-ci sinif şagirdləri yeni əlifba ilə təhsil alacaqlar. Beləliklə, 2025-ci ilə qədər bütün təhsil sistemi yavaş-yavaş latın əlifbasına keçəcək.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar