A24 Xeber

Qazaxıstan Rusiyadan benzin almaq istəmir – Qadağa

Qazaxıstan Rusiyadan benzin almaq istəmir – Qadağa
29
30 May 2018 - 8:41

Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib.

“A24.az”ın “Sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb.

Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur.

Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi.

APA

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00