A24 Xeber

Qazaxıstanda azərbaycanlı general mükafatlandırıldı

Qazaxıstanda azərbaycanlı general mükafatlandırıldı
48
19 Aprel 2018 - 19:11

Qazaxıstan Silahlı Qüvvələrinin azərbaycanlı generalı mükafata layiq görülüb.

Qazaxıstandakı “Heydərçi Azərbaycanlı Gənclər” təşkilatının rəhbəri Bəhruz Axundov APA-ya bildirib ki, general-mayor Şahin Nəsibov prezident Nursultan Nazarbayev tərəfindən “Kurmet” medalı ilə təltif edilib. Bundna başqa, general türkdilli ölkələr arasında “İlin qızıl adamı” mükafatına da layiq görülüb. Mükafat İstanbulda, TÜRKSOY tərəfindən təşkil olunan “İlin qızıl adamları mükafatlandırma mərasimi”ndə təqdim olunub.

General Şahin Nəsibov əslən Borçalı mahalındadır, 1965-ci ildə Qazaxıstanda doğulub. Tibb Universitetini və Moskva Dövlət Universitetini bitirib. O, eyni zamanda Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Komitəsinin sədr müavinidir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00