Qazaxların Koroğlusu birinci oldu

Qazaxların Koroğlusu birinci oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Türk Dünyasının qəhrəmanlıq simvolu olan Koroğlunun heykəlinin yaradılması üzrə keçirilən müsabiqədə Qazaxıstan heykəltəraşları birinci yer tutub.

“A24.az” xəbər verir ki, Türkiyənin Bolu şəhərində keçirilən Beynəlxalq Koroğlu Festivalı artıq dördüncü dəfədir ki, Türk Dünyasını Boluda bir araya gətirir. Bu il isə türk mədəniyyətini və sənətini əks etdirəcək və qardaşlıq simvolu olacaq nəhəng Koroğlu heykəlinin yaradılması üçün ilk addım atılıb. Koroğlu heykəli üzrə keçirilən beynəlxalq dizayn yarışmasında birinciliyi qazax memar Yedili Tussibbekov və heykəltəraş Murat Mansurov qazanıb.

Azərbaycan yaradıcı qrupunun – memar Elbəy Qasımzadə, memar Cahid Əlizadə, memar Maqsud Məmmədov və heykəltəraş Ömər Eldarovun əsəri fəxri mükafat alıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar