Qazi və şəhid ailələrinə hər il 600-700 mənzil veriləcək - GÜNÜN VACİB XƏBƏRİ

Qazi və şəhid ailələrinə hər il 600-700 mənzil veriləcək – GÜNÜN VACİB XƏBƏRİ
Want create site? Find Free WordPress Themes and plugins.

Nazir: “Məsələ hökumətin diqqətindədir”

Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillə təminatına 1997-ci ildən başlanıb. İndiyədək bu kateqoriyadan olan şəxslərə 6 mindən yuxarı mənzil verilib.

“Yeni Müsavat”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunların 4757-si 2013-cü ilin sonuna qədər verilən mənzillərdir: “Ondan sonra verilən 1349 mənzil var. Gördüyünüz kimi, son illərdə mənzillərin alınıb verilməsi və fərdi evlərin tikilməsi yolu ilə bu kateqoriyadan olan şəxslərə təqdim edilməsi əvvəlki illərə nisbətən xeyli sürətlənib. Əgər əvvəlki 17 il ərzində ortalama hər il 280 mənzil verilirdisə, son 4 ildə hər il 335 mənzil bu kateqoriyadan olan şəxslərə təqdim edilib”.

Xatırladaq ki, 2014-cü ildə prezident tərəfindən problemin həlli üçün xüsusi sərəncam imzalanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mətbuata verdiyi məlumatda bildirilir ki, bu zaman hər il təqribən 50 milyon manata yaxın vəsaitin ayrılması nəticəsində 2014-cü ilin 1 yanvar tarixinə qədər növbədə olan şəxslərin 5 il ərzində problemlərinin həll edilməsi nəzərdə tutulurmuş: “2014-cü ilin ikinci yarısında buna uyğun olaraq 30 milyon manat bu məqsəd üçün vəsait ayrıldı. 2015-2016-cı illərdə bizim nisbətən maliyyə vəziyyətimizin pisləşməsi, gəlirlərimizin azalması  bu prosesin nəzərdə tutulduğu kimi, həyata keçirilməsi imkanlarını azaltdı. Sonrakı illərdə hər il 10-15 milyon manat vəsait ayrıldı. Bu müddətdə proses üçün təqribən 60 milyon manata yaxın vəsait ayrılıb. Bunun hesabına 1349 mənzil öz sahiblərinə təhvil verilib”.

Nazir bildirib ki, 2018-ci ilin dövlət büdcəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı üçün vəsait artırılacaq: “Biz Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə hər il təqribən 500- 600 mənzil verməklə bu problemi həll edə biləcəyik. Bu məsələ hökumətin diqqətindədir və mümkün olan vəsaitlər çərçivəsində bu məsələni çözəcəyik”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar