A24 Xeber

“Qəbələ” Azərbaycan kubokunun finalına yüksəldi

“Qəbələ” Azərbaycan kubokunun finalına yüksəldi
23
19 Aprel 2018 - 1:28

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Cavab oyunları çərçivəsində iki qarşılaşma finalçıların adlarına aydınlıq gətirib.

“Keşlə” evdə qazandığı 1:0 hesablı qələbədən sonra Sumqayıtda eyniadlı komandanın qonağı olub. 1:1 hesablı bərabərliyə nail olan Bakı klubu finala yüksələn ilk komanda olub.

 Digər qarşılaşmada isə Tərlan Əhmədovun çalışdırdığı “Neftçi” Qəbələdəki 2:1 hesablı qələbənin revanşında eyniadlı komandanı qəbul edib. Roman Qriqorçukun rəhbərlik etdiyi əyalət klubu böyük əzmkarlıq göstərərək 3:1 hesabı ilə qalibiyyət əldə edib və finala çıxan ikinci komanda olub.

Azərbaycan kuboku

Yarımfinal

Cavab oyunları

18 aprel

“Neftçi” – “Qəbələ” – 1:3

Qollar: Mustivar, 10 – Dabo, 21, 30, Cavid Hüseynov, 61 (pen.)

İlk oyun – 2:1

“Sumqayıt” – “Keşlə” – 1:1

Qollar: Cavid İmamverdiyev, 64 – Sezar Meza Kolli, 62

İlk oyun – 0:1

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00