“Qəbələ” cənubi amerikalı futbolçu ilə yollarını ayırdı

“Qəbələ” cənubi amerikalı futbolçu ilə yollarını ayırdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Qəbələ” surinamlı futbolçusu Dion Malone ilə yollarını ayırıb. 

A24.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıaşma ilə xitam verilib.

Ötən ilin yayından bu komandada çıxış edən qaradərili legioner cari mövsüm “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Azərbaycan Premyer Liqasında 18 matça çıxan Niderland vətəndaşı UEFA Avropa Liqasında üç oyunda iştirak edib.

Qeyd edək ki, Premyer Liqa başa çatmasa da, gümüş medalları özünə təmin etmiş “Qəbələ” bu il də ölkəmizi Avroliqa turnirində təmsil edəcək.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar