A24 Xeber

“Qəbələ” – “Kəpəz” matçında insident baş verib

“Qəbələ” – “Kəpəz” matçında insident baş verib
34
28 Aprel 2018 - 21:17

 “Qəbələ” və “Kəpəz” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXV tur matçında insident baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, ikinci hissənin ortasında qonaq komandanın qapısının arxasındakı tribunada yer alan fanatlar ilə yerli azarkeşlər arasında “söz deyişməsi” olub. Bu zaman təhqiramiz ifadələr işlədilib.

Polisin müdaxiləsindən sonra Gəncədən gələn fanatları sakitləşdirmək mümkün olub. Ancaq onlar hirslərini “Qəbələ”nin formasını cırmaqla çıxıblar. Hirsləri soyumayan qonaq azarkeşlər ardından doğma komandalarının ünvanına təhqiramiz ifadələr işlədiblər.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00