"Qəbələ" "Kəpəz" üzərində böyükhesablı qələbə qazandı

“Qəbələ” “Kəpəz” üzərində böyükhesablı qələbə qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu keçirib.

A24.Az “Report”a istinadən xəbər verir ki, “qırmızı-qaralar” XXV turun bu gün keçirilən görüşündə Qəbələ şəhər stadionunda çempionatın autsayderi “Kəpəz”lə qarşılaşıb.

Matç qarşılıqlı hücumlarla başlayıb. Hesab 31-ci dəqiqədə açılıb. Famussa Konenin qapı önünə ötürməsini uzaqlaşdıran müdafiəçinin göndərdiyi top Filip Ozobiçin önünə düşüb. Xorvatiyalı bu imkanı qaçırmayıb – 1:0. Bir dəqiqə sonra Monrozun qüvvətli zərbəsinin önünü müdafiəçi kəsib. Darionun növbəti təhlükəli zərbəsini isə Bezotosnı dəf edib. Az keçməmiş “Qəbələ”nin daha fəal görünən sol cinahı hesabın artmasında rol oynayıb. Təmkin Xəlilzadənin ötürməsindən sonra uzaq dirəyin önündə nəzarətsiz qalan Monroz fərqi artırıb. Əks cinahdan ötürmədən sonra Dabonun baş zərbəsi isə istənilən kimi alınmayıb. Lakin Premyer Liqanın ən məhsuldar oyunçusu 3-cü qolda pay sahibi olub. Onun sol cinahdan Cavid Hüseynova ötürməsini kapitan “doqquzluğ”u nişan almaqla tamamlayıb – 3:0.

Matç bu hesabla da başa çatıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar