"Qəbələ" - "Qarabağ" matçında insident baş verib

“Qəbələ” – “Qarabağ” matçında insident baş verib
Want create site? Find Free WordPress Themes and plugins.

 Topaz Premyer Liqasının XXVIII turunda, “Qəbələ” və “Qarabağ” komandaları arasındakı matçda fasilə ərəfəsində insident baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, nominal meydan sahiblərinin kapitanı Cavid Hüseynov Ağdam komandasının futbolçusu Dani Kintana ilə toqquşub. Bu zaman Hüseynov Kintananın sifətinə dirsək zərbəsi endirib. Olaya müdaxilə edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov 30 yaşlı yarımmüdafiəçiyə etiraz edib. Bu zaman “Qəbələ”nin oyunçusu Sadıqovu da qolundan itələyib.

Baş hakim Rəşad Əhmədov isə Hüseynovu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, ilk yarıdan sonra “Qarabağ” hesabda öndədir – 1:0.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar