A24 Xeber

“Qəbələ” Sloveniyaya gedir

“Qəbələ” Sloveniyaya gedir
47
11 İyun 2018 - 11:08

“Qəbələ” futbol klubu iyunun 12-də yeni mövsümün hazırlıqlarına start verəcək.

A24.Az xəbər verir ki, komanda iyunun 18-dək məşqlərini doğma arenada keçirəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.

Komanda UEFA Avropa Liqası ilə start verəcəyi 2018/2019-cu il mövsümünün hazırlığını Sloveniyada davam etdirəcək. İyunun 20-də bu ölkəyə yollanacaq “Qəbələ”nin təlim-məşq toplanışını iyulun 7-dək davam edəcək. Bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00