Qəbələdə ev quşları tələf olur - VİDEO

Qəbələdə ev quşları tələf olur – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Qəbələdə son günlər ev quşlarının tələf olması insanları narahat edib. Sakinlərin sözlərinə əsasən Abrıx kəndində son iki ayda 300-ə qədər quş tələf olub. Rayon baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçirəndən sonra bildiriblər ki, narahatlığa əsas yoxdu. Ev quşları qurd xəstəliyinə görə tələf olub.

Təsərrüfatlarda hər gün 3-4 ev quşu tələf olur. Qəbələ rayonunun Abrix kənd sakinləri son günlər kənddə ev quşlarının kütləvi tələf olmasından narahat olublar. Onlar quşlarda hansısa infeksion xəstəliyin olmasından ehtiyat edirlər.

Abrix kəndində hazırda 150 ailə yaşayır. Sakinlərin sözlərinə görə son iki ayda 300-ə qədər quş tələf olub.

Qəbələ rayonunun baytarlıq idarəsindən bildirildi ki, sakinlərin narahatlığına səbəb ola biləcək heç bir infeksion xəstəlik aşkarlanmayıb. Sadəcə ev quşları qurd xəstəliyinə görə tələf olub.

Baytarlar məsləhət görür ki, toyuqların və digər quşların düzgün yemlənməsinə diqqət yetirmək lazımdır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar