A24 Xeber

“Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq edilib

“Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq edilib
18
22 May 2018 - 18:30
Azərbaycan millisinin və “Qəbələ” klubunun futbolçuları – Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.
A24.Az Report-a istinadən xəbər verir ki, həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək, hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər.
Futbolçular müraciətlərində qeyd ediblər ki, A.Məhərrəmov onların etibarlarından sui-istifadə edərək, C.Hüseynovdan 40 min, E.Məmmədovdan isə 60 min manat pul alıb.
Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə 100 min manat pulu geri qaytarmayıb.
Lakin A.Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib.
Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
A.Məhərrəmovun vəkili Ceyhun Yusifov “Report”a faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.
Qeyd edək ki, A.Məhərrəmov dələduzluqda ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib.
A24.Az 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00