“Qəbələ”nin vuran ayağı cəzalandırıldı

“Qəbələ”nin vuran ayağı cəzalandırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) – “Qəbələ” matçında (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib.

“A24.az”-ın məlumatına görə, Trend “Qəbələ”nin saytına istinadən məlumat verir ki, səfər matçının 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan liberiyalı hücumçu 2 matçlıq cəzalandırılıb. Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub.

Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdir ki, T.Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq.

Hücumçumuz sentyabrın 15-də “Anderlext”lə (Belçika) səfər, 29-da isə “Mayns”la (Almaniya) ev matçlarını cəza üzündən buraxacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar