A24 Xeber

Qəbələyə dəmiryolu xətti çəkilir

Qəbələyə dəmiryolu xətti çəkilir
66
11 Aprel 2018 - 12:55

 “Azərbaycan Dəmir Yolları” QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb. 

A24.Az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

“Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir”, –  o qeyd edib.

Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: “Nargilə” kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00