A24 Xeber

Qəddafinin 10 milyard avrosu Belçikada yoxa çıxdı

Qəddafinin 10 milyard avrosu Belçikada yoxa çıxdı
42
09 Mart 2018 - 22:06

Belçikanın dondurmaq qərarı aldığı Müəmmar Qəddafinin rəhbərlik etdiyi Liviya hökuməti fondlarına məxsus sərvətin mühüm bir qismini tapmaq mümkün deyil.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 milyard avroluq sərvətdən yalnız təxminən 5 milyard avroya çatmaq mümkün olub.

Belçikanın “Le Vif” jurnaldakı xəbərdə Belçikanın “Euroclear” bankındakı Liviya İnvestisiya Qurumu və ona bağlı Liviya Xarici İnvestisiya Şirkətinin 4 fərqli hesabında yer alan 16 milyard avroluq varidatın 2011-ci ildə dondurulduğu xatırladılıb.

Belçikadakı hüquqi orqanlar 2017-ci ildə dondurulmuş fondlara əl qoymağa cəhd etdiklərini vurğulayan xəbərdə həmin hesablarda yalnız 5 milyard avro həcmində bir məbləğ qaldığının ortaya çıxdığı qeyd edilib.

Belçika prokurorluğu “Euroclear” bankından hesabları tələb edib və itmiş 10 milyard avro ilə bağlı hüquqi proses başlayıb.

Liviya 2011-ci il ərəfəsində önəmli miqdarda neft ixrac edən ölkələr arasında idi. Qəddafi rejiminə qarşı BMT-nin sanksiya qərarı almasının ardınca Liviyanın digər ölkələrdə olan 60 milyard dollardan çox sərvətinə əl qoyulmuşdu.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00