Qəfil ordunu yoxlamağa gələn türkmənbaşı bu dəfə aviasiyanı ayağa qaldırdı

Qəfil ordunu yoxlamağa gələn türkmənbaşı bu dəfə aviasiyanı ayağa qaldırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkmənistan silahlanmasına yeni daxil edilən hərbi aviasiya vasitələrini nümayiş etdirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, may ayının 3-də prezident Qurbanqulu Berdimühəmmədovun rəhbərliyi ilə keçirilən “qoşunların döyüş hazırlığının qəfil yoxlanılması” zamanı Türkmənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında Airbus C295, Alenia C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsi və “Leonardo” şirkətinin istehsalı olan M-346 “Master” reaktiv təlim-döyüş təyyarəsi nümayiş olunub.

Təlimlərdə Türkmənistanın 2016-cı ildə Çindən aldığı NSG-127 iriçaplı snayper tüfəngindən atışlar da ilk dəfə görüntülənib. 12.7×108 mm çaplı NSG-127 snayper tüfənginin çəkisi 13 kq, effektiv atış məsafəsi isə 1500 metrdir. Bundan başqa, təlimdə Çin istehsalı olan FM-90 zenit raket kompleksi ilə atışlar da edilib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar