Qəhvənin faydalarına biri daha əlavə edildi

Qəhvənin faydalarına biri daha əlavə edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Potruqaliyalı alimlər belə nəticəyə gəliblər ki, qəhvə böyrək çatışmazlığından əziyyət çəkən insanlarda vaxtsız ölüm riskini azaldır.

A24.Az xəbər verir ki, mütəxəssislərin bu haqda məqaləsi “Nephrology Dialysis Transplantation” jurnalında çap olunub.

1999-2011-ci illərdə aparılan araşdırmada böyrək çatışmazlığından əziyyət çəkən 4863 nəfər iştirak edib. Altmış ay ərzində 1283 nəfər vəfat edib.

Ən yüksək kofein dozaları alan şəxslərdə digərlərlə müqayisədə vaxtsız ölüm riskinin 22 faiz azaldığı müşahidə olunub.

Bu ilin iyul ayında isə amerikalı alimlər araşdırıblar ki, gün ərzində 6 fincan qəhvə vaxtsız ölüm riskini azalda bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar