Qəndil əməliyyatı terrorçuları qaçmağa vadar etdi - TSQ İran sərhəddində PKK-nın yolunu kəsdi

Qəndil əməliyyatı terrorçuları qaçmağa vadar etdi – TSQ İran sərhəddində PKK-nın yolunu kəsdi
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatını məhv etmək üçün Qəndildə böyük bir əməliyyata başlayıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatın ilk günlərində Qəndil və ətraf ərazilər türk təyyarələri tərəfindən bombardman edilib.

TSK İran sınırında PKK'nın önünü kesiyor

Vurulacaq zərbənin böyüklüyünü anlayan PKK terrorçuları qaçmağa başlayıb. Bu məqamda onların ən böyük ümidi İran olub. Çünki İran Türkiyənin Qəndil əməliyyatına dəstək vermədiyini açıqlamışdı.

Lakin TSQ önəmli bir həmlə ilə terroçuların bu arzusunu ürəyində qoyub.

TSK İran sınırında PKK'nın önünü kesiyor

Desantlar İran sərhəd xəttindəki strateji Şekif dağına çatıblar. Şırnakın qarşısında yer alan PKK-nın əsas düşərgələrindən biri olan Haftanin bölgəsində əməliyyat üçün hazırlıq aparılır.

TSK İran sınırında PKK'nın önünü kesiyor

İlk mərhələdə terrorçuların Qəndil ilə Türkiyə arasındakı bağlantı nöqtələri əsasənbir-birindən ayrılıb. Sərhəddə yaxın Hakurk, Avaşin və Basyan rayonları, o cümlədən Qəndilə çatan bütün strateji düşərgələr vurulub. Bölgədə 20-dən artıq hərbi baza nöqtəsi yaradılıb. Yeni bazaların yaradılmasına davam edilir. Bir neçə qoldan Qəndilə doğru hərəkət edən TSQ Hakurkdan İran sərhəd xəttinə uzanan strateji bölgəyə doğru çıxıb.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar