Qənirə Paşayeva A24.Az-ı məhkəmə ilə hədələdi... Səbəb: FETÖ

Qənirə Paşayeva A24.Az-ı məhkəmə ilə hədələdi… Səbəb: FETÖ
Want create site? Find Free WordPress Themes and plugins.

Millət vəkili Qənirə Paşayeva sosial şəbəkələrdə yayılmış bir videosunu dərc etdiyinə görə A24.Az saytını məhkəməyə verməklə hədələyib.

A24.Az-ın məlumatına görə, millət vəkilinin hiddətləndirən video 11-ci dünya türkcə olimpiadasının finalında etdiyi çıxışı zamanı çəkilib.  Video ilk dəfə “Youtube” sosial şəbəkəsinin “Türkçe Olimpiyatları”  səhifəsi tərəfindən “Azerbaycan Milletvekili Ganire Paşayeva Türkçe Olimpiyatları Şarkı Finali’nde” başlığı altında 8 iyun 2013-cü il tarixdə yayılıb. Videoçarxın 1.59 dəqiqəsində Qənirə Paşayeva “Hər bir işin bir memarı var. Və mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm” deyərək Fəthullah Gülənə alqış istəyib.

https://www.youtube.com/watch?v=DwaFwI3FXSo

Qənirə Paşayeva A24.Az-a yazdığı mesajlarında 3 il öncə dərc olunmuş həmin videonun yenidən dərc olunmasını qərəz olaraq qəbul edib və saytı məhkəməyə verəcəyini bildirib. “Ömrümün xeyli hissəsi jurnalistkada keçib və gerçək jurnalistlər yazının qoxusundan anlayır hər şeyi” deyən millət vəkili, dolayısı ilə həmin çarxın yenidən gündəmə gətirilməsinin özü üçün təhlükəli olduğunu vurğulayıb.

A24.Az həmin videonu “Qənirə Paşayeva Fəthullah Gülənə alqış istədi” adı altında 24 avqustda dərc edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Manşet, Redaktor Seçimi, Dünya, Media, Video Xəbər, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar