A24 Xeber

Qənirə Paşayeva od püskürdü: “Hollandiya həddini bilsin!”

Qənirə Paşayeva od püskürdü: “Hollandiya həddini bilsin!”
652
14 Mart 2017 - 14:45

Azərbaycanlı millət vəkili Qənirə Paşayeva Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayaya qarşı Hollandiyada göstərilən davranışa münasibət bildirib.

A24.Az-ın məlumatına görə, Paşayeva bildirib ki, Hollandiyada yol verilən bu hərəkətlər dünyada yaşayan bütün türklər tərəfindən qınanır:

“Hollandiyada küçələrə çıxan insanlara yönəldilən şiddət ağlasığmaz bir vəziyyətdir. Buradan onu anlayırıq ki, Hollandiya İslamofobiyanın və Türkofibiyanın nə qədər artdığını göz önünə sərməkdən çəkinmir. Hollandiyada yaşayan bəzi qrupların Türkiyənin əleyhinə işləyən güclərə dəstək verməsindən sonra yaşanan bu üzücü hadisə Türkiyədəki insanlar qədər Azərbaycanı və digər qardaş cümhuriyyətləri də üzüb. Biz Hollandiyanın bu hadisə ilə bağlı üzr istəməyini gözləyirik. Hollandiya həddini bilsin!”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00