Qərb jurnalistikasının təməli - BBC-dən FOTOREPORTAJ

Qərb jurnalistikasının təməli – BBC-dən FOTOREPORTAJ
Want create site? Find Free WordPress Themes and plugins.

BBC-ni qərb jurnalistikasının təməl sütunu adlandırsaq bəlkə də yanılmarıq.

Bu fikri ötən həftə Londonda BBC redaksiyasında olduğum müddətdə bir daha təsdiq etdim.  Bu günə qədər jurnalistika sahəsində rastlaşdığım ən böyük redaksiyaya malik bir şirkətdir. İşçilərin dili ilə desək BBC özü bir ayrıca dünyadır. Hər mərtəbəsinin özünə məxsus özəlliyi və xəbərlər departamenti var.

BBC üçün ən önəmli xüsusiyyət xəbəri dəqiq mənbədən alıb, operativ şəkildə oxuculara təqdim etməkdir.

Bir azərbaycanlı kimi BBC redaksiyasının qarşısında diqqətimi çəkən ilk yazı “Xocalı”nın adının yerdə qeyd olunması idi.

 

Redaksiyada olduğum müddətdə məni ən çox sevindirən məqamlardan biri BBC World Servisin mətbuat katibi Lalə Nəcəfovanı tanımaq oldu. Çünki həmin şirkətin bütün mətbuat işlərini məhz həmyerlimiz Lalə xanım yerinə yetirir.

Lalə xanım bildirir ki, BBC 1922-ci ildə yaradılıb:

“1932-ci ildə bizim hazırda olduğumuz ikinci binaya köçürülüb. BBC-nin 29 dil xidməti var. 12-si də yeni əlavə olunacaq. BBC hazırda 75 ölkədə fəaliyyət göstərir. Şirkəti digər mətbu orqanlardan fərqləndirən 3 xüsusiyyət var. Əvvəla ən böyük binası (korpusu) olan şəbəkə BBC-yə aiddir. İkinci 75 ölkədə fəaliyyət göstərməyimizdir. Üçüncü isə bizə olan etimaddır. Artıq belə fikir formalaşıb ki, əgər xəbər BBC-də dərc olunubsa, inanmaq olar.

BBC-nin 5-ci mərtəbəsində dünya xidməti fəaliyyət göstərir. Eləcə də BBC-nin Azərbaycan üzrə redaktoru Könül Xəlilova da həmin yerdə çalışır.

BBC World Servisdə olduğum müddət ərzində iqtisadiyyat şöbəsi ilə də yaxından tanış oldum:

İqtisadiyyatın şöbəsinin rəhbərinin sözlərinə görə, 12 ildir BBC-də fəaliyyət göstərir:

“Bu vaxta qədər 34-dən çox ölkədə bir çox vəzifələrdə (aparıcı, telereportyor) çalışmışam. Omanda 3 dəfə ölkədən xaric olunmuşam. Bəhreyn xüsusi xidmət orqanları tərəfindən tutulmuşam.  “Ərəb baharı” zamanı Yaxın Şərq ölkələrində çalışmışam. Hazırda gördüyünüz yer, BBC-nin iqtisadiyyat şöbəsidir. Siz düşündüyünüzdən də çox iş görürük. Burda onlayn xəbərlər, yerli televiziya, biraz kənarda isə dünya xəbərləri hazırlanır. Hazırda iqtisadiyyat şöbəsində nisbi sakitçilikdi. Çünki bildiyiniz kimi parlament binası yaxınlığında terror hadisəsi baş verib. Ona görə də xəbərlərdə diqqət ən çox o istiqamətə yönəlib. BBC-nin redaksiyası tək burdan ibarət deyil. Parlament binası yaxınlığında əsasən siyasət xəbərləri departamenti orda fəaliyyət göstərir. Əsas BBC-nin döyünən ürəyi məhz indi dayandığımız yerdədir. Bir də Mançestrdə kiçik bir ofisimiz var”.

BBC-nin canlı yayım kamerası məhz buradıdır. Kabelləri bir-birinə qoşaraq canlı yayıma çıxırıq. Burda isə aparıcı əyləşir.

Səslərin montaj edilməsi üçün ayrılmış otaq.

Səs montajı üçün qurğular:

Televiziya bölməsi ayrıca mərtəbədə fəaliyyət göstərir. Hava xəbərlərinin aparılması üçün yayım otağı ayrılıqda təşkil edilib.

BBC onlayn xəbər saytı birinci mərtəbədə fəaliyyət göstərir. İşçilərin diqqətini yayındırmamaq üçün ikinci mərtəbədən, ətrafı şüşə ilə əhatə olunmuş yerdən onların şəklinin çəkilməsi qadağandır. BBC əməkdaşlarının sözlərinə görə, istər istəməz şəkil çəkilən vaxt həmin işçinin işinə mane olub onu vaxtını almış olursan. Xəbər saytında diqqət çəkən məqamlardan biri isə hər işçinin kompüter masasının yanında montaj üçün ayrı bir kompüterin olmasıdır. Bildirirlər ki, istənilən an müxbirlərə video göndərilə bilər və bu kompüterlər onların ən qısa zaman ərzində həmin videonu lazımı yerdən kəsib dərc etmələri üçün təşkil edilib.

BBC redaksiyasını bütünlüklə gəzmək üçün insana bir gün belə kifayət etməz. O qədər geniş və böyükdür ki, işçilərin dediyi kimi sanki bir ayrıca dünyadır. BBC-nin binasına daxil olduğun an sanki bu dünyada ayrılıb, BBC dünyasına girmiş olursan. İşçilərin çalışmasını kənardan izlədikdə sanki onların anadangəlmə bu iş üçün yaradıldıqlarını düşünürsən. Masa üzəri dağınıq… Onların həyatlarının yalnız xəbər yazmaq və ya material hazırlamaqdan ibarət olduğunu zənn edirsən. BBC-dəki abu-hava işə olan məsuliyyət sanki insanın işə olan həvəsini daha da canlandırır.

Ümid edirəm, bizim də nə vaxtsa BBC kimi geniş, onlarla ölkədə bir neçə dildə yayımlanan bir media orqanımız  və onların işə bu qədər həvəslə yanaşan işçiləri kimi əməkdaşlarımız olacaq.

Hazırladı: Orxan Aslanlı

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma, Reportaj, Media, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar