Qərbin Azərbaycana yeni marağı

Qərbin Azərbaycana yeni marağı
Want create site? Find Free WordPress Themes and plugins.

Böyük Britaniyanın “The Telegraph” qəzetində dərc olunmuş məqaləyə görə, dünyanın ilk insan məskəni Azərbaycanda yerləşir.

A24.Az-ın məlumatına görə, qəzet yazıb ki, arxeoloqların Azıx mağarasında apardıqları qazıntılar nəticəsində 1,5 milyon il bundan öncəyə aid eksponatlar tapələb. 6 otaqdan ibarət olan mağara kompleksi tarixi eksponatlarla doludur. Bütün bunlar sübut edir ki, mağara kompleksində təxminən 2 milyon il əvvəl yaşayış olub.

“The Telegraph” Azərbaycanın zəngin mətbəxinə də yer ayırıb. Qutabı özlərinin “kap-keyk”lərinə oxşadan qəzet bildirib ki, Azərbaycan mətbəxində təzə tərəvəzlərdən, ət və balıqdan da geniş istifadə olunur. Qəzetin yazdığına görə, Azərbaycanda xüsusi çay ənənəsi var. Belə ki, burada çay mürəbbə, limon, gül suyu və başqa şirniyyatlarla dadlandırılır.

Qarabağ atının “The Telegraf”dakı rəsmi

Məqalədə Qarabağ atlarından da bəhs olunur. Göstərilir ki, bu atlar özünün cəldliyi, sürəti və ağılı ilə fərqləndirilir və məhz buna görə də ölkənin əsas heyvan simvoludur. Bundan başqa, qeyd olunub ki, bir zamanlar Azərbaycanda at ətindən istifadə olunsa da, hal-hazırda buna rast gəlmək olmur, ölkə ərazisində yalnız qoyun və mal ətindən istifadə  olunur.

Qəzet həm də yazır ki, Bakıda dənizdə sütunların üstündə şəhər salınıb və bura Neft Daşları adlanır. Yazıda həmçinin ölkə ərazisində Azərbaycan dili ilə yanaşı rus dilinin də istifadə edildiyi qeyd edilir. Azərbaycanlıların qonaqpərərliyindən yazan qəzet hər kəsi buranı görməyə və kəşf etməyə dəvət edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar