Qətər embarqodan sonra turistləri hədəfə aldı - 37 ölkəyə viza tətbiqi

Qətər embarqodan sonra turistləri hədəfə aldı – 37 ölkəyə viza tətbiqi
Want create site? Find Free WordPress Themes and plugins.

Körfəz ölkələrinin Qətərə embarqo tətbiq etməsindən sonra  Qətər  Rusiya və Çinin də daxil olduğu  37 ölkənin vətəndaşlarına  viza tətbiq etməyə başladı.

Qətər Hava Yolları turist vizası verəcəyi ölkələrin siyahısını açıqladı.

A24.Az xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyinin siyahısında aşağıdakı ölkələr var:

Argentina, Çili, Fransız Quanası, Latviya, Makedoniya, Paraqvay, Slovakiya, Livan, Boliviya, Çin, Ekvador, Quana, Şeyşel adaları, Malta, Peru, Sloveniya, Tailand, Braziliya, Kolumbiya, Estoniya, İndoneziya, Litva, Meksika, Rumıniya, Cənubi Afrika, Uruqvay, Bolqarıstan, Xorvatiya Falk Adaları, Qazaxıstan, Makao, Moldova, Rusiya, Surinam və Venesuela.

LAZIMİ ŞƏRTLƏR

Turist vizası almaq üçün şərtlər isə belədir:
100 Qətər Riyalı (27 dollar) dəyərində olan vizaların verilməsi üçün müraciət edənlərin istifadə müddəti ən az 6 ay olan pasportu, dönüş bileti, hotel rezervasiya təsdiqi, 1500 dollaradək pulu və ya bu miqdarda məhdudiyyəti olan kredit kartı olmalıdır.

Qətər ilə Türkiyə arasında isə viza sərbəstdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar